Neftçalada motosikletçi 2 piyadanı vurub, onlardan biri ölüb
Hadisə
- 04 mart, 2016
- 14:48
Bakı. 4 mart. REPORT.AZ/ Neftçalada baş verən qəzada 1 nəfər ölüb, 1 nəfər yaralanıb. "Report" xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində rayonun Xolqaraqaşlı kəndində baş verib. Həmin kəndin sakini, 33 yaşlı Şahpələng Adil oğlu Muradov idarə etdiyi motosikletlə yolda gedən həmkəndliləri - 48 yaşlı Yeganə Əzizağa qızı Təhməzova və 46 yaşlı Güldəstə Ədalət qızı Zeynalovanı vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, yaralılardan biri, Yeganə Təhməzovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
02:59
ABŞ-nin energetika naziri neft sazişi danışıqları üçün Venesuelaya gedəcək
Digər ölkələr02:40
Goranboyda yanğın baş verib
Hadisə02:22
Bu gün Yasamal və Nərimanov rayonlarının bir sıra ərazilərində işıq olmayacaq
Energetika01:58
ABŞ İranın cənub-qərbindəki Əhvaz bölgəsinə zərbə endirib
Region01:31
Zelenski: Ukrayna Rusiyanın hava məkanının bloklanması kampaniyasına başlayır
Digər ölkələr01:01
Rusiya Prezidenti regionda sülhün Ermənistan üçün müsbət cəhətlərindən danışıb
Region00:50
Putin: Rusiya hərbçiləri hətta sabah Ermənistanı tərk etməyə hazırdır
Region00:43
Niderland polisi ölümlə nəticələnən atışmadan sonra 34 nəfəri həbs edib
Digər ölkələr00:17
Foto
Video