Nazir: "Bu il Azərbaycanda 220 cinayətkar qrup zərərsizləşdirilib"

Hadisə
  • 19 aprel, 2022
  • 13:08
Nazir: Bu il Azərbaycanda 220 cinayətkar qrup zərərsizləşdirilib

"Bu il Azərbaycanda 556 nəfərdən ibarət 220 cinayətkar qrup zərərsizləşdirilib".

"Report"un xəbərinə görə, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib.

Qanunsuz dövriyyədən 1 ton 64 kiloqram narkotik vasitə çıxarıldığını qeyd edən nazir bu əməllərlə bağlı 1 689 nəfərin məsuliyyətə cəlb edildiyini bildirib.