Naxçıvandakı ağır qəzada ölənlərin sayı 2-yə çatıb
Hadisə
- 02 iyun, 2026
- 22:14
Mayın 23-də Naxçıvanda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərdən daha biri xəstəxanada vəfat edib.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə Babək rayonunun Çeşməbasar kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində ağır xəsarətlər alan 2002-ci il təvəllüdlü Vəliyev Şahin Elxan oğlu müalicə aldığı xəstəxanada bu gün dünyasını dəyişib.
Qeyd edək ki, qəzadan üç gün sonra hadisə zamanı xəsarət alan digər şəxs – 22 yaşlı Əlizadə Nail İlham oğlu da xəstəxanada vəfat etmişdi. Beləliklə, sözügedən yol qəzasında həyatını itirənlərin sayı 2-yə çatıb.
Hazırda xəsarət alan daha 4 nəfərin müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
23:11
Bakı Yay Enerji Məktəbinin iştirakçıları Ağdama səfər ediblər
Daxili siyasət23:09
Marko Curiç: "Qərbi Balkan"ın əvəzinə "Cənub-Şərqi Avropa" ifadəsinə üstünlük veririk
Digər ölkələr23:00
Foto
DÇ-2026: İspaniya - Belçika oyunu başlayıb
Futbol22:52
Ucarda 16 yaşlı yeniyetmə suda boğulub
Hadisə22:35
Fransada 130-dan çox insan suda boğulub
Digər ölkələr22:22
Ərdoğan: Livanla Suriyanın mehriban qonşuluğu bölgə üçün faydalıdır
Region22:09
Şahbaz Şərif və Məsud Pezeşkian regional vəziyyəti müzakirə ediblər
Region21:59
Yaşar Gülər: Türkiyənin beynəlxalq nüfuzu və təsir gücü daha da artır
Region21:44