Naxçıvanda yol qəzasında xəsarət alan sərnişin: Avtobus bir göz qırpımında idarəetməni itirdi
- 20 sentyabr, 2025
- 19:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Avtobus bir göz qırpımında idarəetməni itirdi. Oturacaqdan qalxıb yerə yıxıldım, başım qapıya dəydi.
Bunu "Report"un yerli bürosuna müsahibəsində Naxçıvan-Bakı istiqamətində hərəkət edən zaman qəzaya düşən avtobusun sərnişini Qasim Həsənov deyib.
O bildirib ki, özünə gələndə hərəni bir tərəfdə görüb: "Birinin qolu qırılmışdı, o birinin ayağı... Həmin vaxt təcili tibbi yardım çağırmışdılar. Onlar da vaxtında gəlib tibbi yardım göstərdilər, sağ olsunlar. Hazırda vəziyyətimiz yaxşıdır".
Qeyd edək ki, bu gün Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusu qəzaya düşüb. Hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində 10-da artıq xəsarət alan var.