Naxçıvanda içində 9 min manatdan çox pul olan ödəmə terminalını oğurlayan şəxs saxlanılıb
Hadisə
- 25 fevral, 2026
- 09:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunda içində 9 min manatdan çox pul olan ödəmə terminalını oğurlayan şəxs saxlanılıb.
"Report"un yerli bürosu xəbər verir ki, rayon ərazisində yerləşən mağazaların birinin qarşısından içərisində 9 min 503 manat olan ödəmə terminalının oğurlanması barədə polisə məlumat daxil olub.
Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı İsmayıl Babayev müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla məlum olub ki, şübhəli əvvəlcədən mağazanın fəaliyyəti və təhlükəsizlik şəraitini müşahidə edərək, insanların olmadığı vaxt aralığından istifadə edərək oğurluq əməlini həyata keçirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
03:48
SEPAH: Hörmüz boğazında tanker minaya düşüb
Region
03:12
La Liqa: "Real" "Sevilya"nı darmadağın edib
Futbol
02:53
Liviyada hərbi düşərgədə partlayış nəticəsində yeddi nəfər ölüb
Digər ölkələr
02:35
Türkiyə Moskva - Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq
Region
02:18
Tramp Rusiya-Ukrayna danışıqlarında irəliləyiş olduğunu açıqlayıb
Digər ölkələr
01:38
ABŞ Ukrayna qaçqınlarının ərazisində qalmaq hüququnu ləğv etməyəcək
Digər ölkələr
01:28
Nizami rayonunda iki gün su olmayacaq
İnfrastruktur
01:08
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
Region
00:47
İran ABŞ-nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib
Region