Naxçıvanda 66 yaşlı kişi ocağa yıxılaraq ölüb
Hadisə
- 18 dekabr, 2025
- 10:21
Naxçıvan şəhərində 66 yaşlı kişi ocağa yıxılaraq ölüb.
"Report"un yerli bürosunun məlumatına görə, şəhər sakini, 1959-cu il təvəllüdlü Arif Əli oğlu İsayev səhər saatlarında yaşadığı A.Zamanov küçəsi, ev 48 ünvanında yerləşən evin həyətində ağac parçalarını yandırıb.
Bir ay əvvəl ürək əməliyyatı keçirmiş A.İsayev yanmaqda olan ağac parçalarının üzərinə daha gur alışması üçün benzin tökmək istəyərkən ürəktutması keçirərək ocağın üzərinə yıxılıb. Hadisədən bir qədər sonra qonşuluqda yaşayan bacısı L.İsayeva həyətə gəlib və onun yanmış meyitini aşkar edib.
Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
07:25
Britaniya polisi İranın Ferforddakı partlayış planı ilə əlaqəsini araşdırır
Digər ölkələr06:59
Ağstafada 34 yaşlı kişi qətlə yetirilib, saxlanılan var
Hadisə06:54
Tramp ABŞ-də yeni neft emalı zavodlarının inşa olunduğunu açıqlayıb
Digər ölkələr06:28
Böyük Britaniya "Avanti West Coast" dəmir yolu operatorunu milliləşdirəcək
Digər ölkələr06:05
Aİ ölkələri qaz və elektrik enerjisi istehlakını azaltmağa çağırıb
Digər ölkələr05:39
Tramp: ABŞ-nin İran üzərində qələbəsi neftin qiymətinin aşağı düşməsinə səbəb olacaq
Digər ölkələr05:15
Yasamal və Nizami rayonlarının bir sıra ərazilərində bu gün işıq olmayacaq
Energetika04:48
Niderlandda gənclər hərbi xidmətə çağırışın bərpası əleyhinə tətil keçirəcək
Digər ölkələr04:28