Naxçıvanda top mərmiləri, qumbara və xeyli sayda sursat aşkarlanıb
- 11 sentyabr, 2025
- 11:29

Naxçıvan Muxtar Respublikasının Babək və Ordubad rayonları ərazisində hərbi sursat aşkar edilib.
Bu barədə "Report"un yerli bürosuna Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd F1 əl qumbarasının gövdə hissəsi, 3 ədəd 100 mm-lik top mərmisi, 1 ədəd 85 mm-lik top mərmisi, 1 ədəd 76 mm-lik top mərmisi, 2 ədəd "BMP-1" mərmisi, 6 ədəd 57 mm-lik "ZİS-2" top mərmisi, 37 ədəd 30 mm-lik "AQS-17" mərmisi, 11 ədəd "2A42 BMP-2" mərmisi, 31 ədəd 12 mm-lik "PK" gilizi, 3 ədəd "MVC" tank əlehinə minaatanın partladıcısı, 25 ədəd "2A42 BMP-2" gülləsi, 2 ədəd 76 mm-lik top mərmisinin qalığı, 16 ədəd "RPQ-7" mərmisinin idarə olunmayan mühərriki, 43 ədəd müxtəlif çaplı minaatan mərmisinin arxa pəri və 3 ədəd müxtəlif çaplı mərminin döyüş başlığı olduğu müəyyən edilib.
Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək ərazidən kənarlaşdırılıb.