Naxçıvanda avtobus yanıb
- 10 iyul, 2026
- 15:02
Naxçıvan şəhərində avtobusun yanması ilə nəticələnən hadisə baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə köhnə avtobuslar üçün nəzərdə tutulmuş dayanacaq ərazisində qeydə alınıb.
İlkin məlumata görə, yanğın istismardan çıxarılan avtobusda başlayıb və alov yaxınlıqda dayanmış digər avtobusa da keçib.
Yanğın nəticəsində xəsarət alan olmasa da, avtobuslardan biri tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri və polis əməkdaşları cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə lokallaşdırılaraq söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbləri müəyyənləşdirilir.
Qeyd edək ki, həmin avtobus Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2026-cı il 2 mart tarixli müvafiq sərəncamı ilə ləğv edilmiş Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyinin balansında olub.