Naxçıvanda avtoqəzada ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB-2

Hadisə
  • 27 iyun, 2023
  • 17:15
Naxçıvanda avtoqəzada ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB-2

İyunun 26-da gecə saatlarında Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 8-ə çatıb.

"Report"un yerli bürosu xəbər verir ki, qəza nəticəsində xəsarət almış daha 2 nəfərin vəziyyəti ağır olaraq qalır.

Hazırda hər iki şəxsin müalicəsi Naxçıvan şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir.

Qeyd edək ki, faktla bağlı Naxçıvan Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi açılıb.

2023-06-26 10:32

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Bu barədə "Report"un yerli bürosu xəbər verir.

Qəza nəticəsində xəsarət almış daha 4 nəfərin isə vəziyyəti ağır olaraq qalır.

Hazırda onların müalicəsi Naxçıvan şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir.

Qeyd edək ki, faktla bağlı Naxçıvan Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi açılıb

01.43

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər dünyasını dəyişib.

Qəza zamanı habelə avtomobillərdə olan bir neçə sərnişin ağır xəsarətlər alıb.

Yaralılar Naxçıvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzanın səbəbi, ölən və yaralıların kimliyi müəyyənləşdirilir.

44 - Tezliklə