Naxçıvanda 0,8 hektar taxıl zəmisi yanıb
Hadisə
- 19 iyun, 2023
- 14:46
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu, Böyükdüz kəndi ərazisində taxıl zəmisində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən "Report"a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən operativ tədbirlər sayəsində taxıl zəmisində baş vermiş yanğın qısa müddətdə söndürülərək genişlənməsinə və ətraf sahələrə yayılmasına imkan verilməyib.
Yanğın nəticəsində ümumi sahəsi təxminən 4 hektar olan taxıl zəmisinin 0,5 hektar biçilmiş və 0,3 hektar biçilməmiş hissəsi yanıb.
Zəminin böyük hissəsi və bitişik sahələr yanğından mühafizə edilib.
Son xəbərlər
08:15
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:11
Qazaxıstanda neft emalı zavodunda yanğın olub
Digər08:03
Türkiyədə "Şirinlər"ə qarşı əməliyyat keçirilib, saxlanılanlar var
Region07:37
BMT Baş Assambleyasının 81-ci sessiyası öz işinə başlayır
Xarici siyasət07:13
Tramp artan neft qiymətlərinə münasibət bildirib
Digər ölkələr06:47
İranda benzinin qiyməti iki dəfə artırılıb
Region06:14
Argentina neft şirkətlərini Malvin adaları yaxınlığında qanunsuz hasilatda ittiham edib
Digər ölkələr05:51
ABŞ İran yaxınlığında 230-dan çox döyüş təyyarəsi saxlayır
Digər ölkələr05:22