Narkotik satışı və qanunsuz silah saxlamaqda təqsirləndirilən şəxsin istintaqı başa çatıb

Hadisə
  • 01 iyul, 2019
  • 08:12
Narkotik satışı və qanunsuz silah saxlamaqda təqsirləndirilən şəxsin istintaqı başa çatıb

Narkotik satışı və qanunsuz silah saxlamaqda təqsirləndirilən Orxan Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Məhəmməd Bağırovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş 31 yaşlı Orxan Əliyevi bu ilin fevral ayında Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları saxlayıb.

Onun üzərinə baxış keçirilən zamanı sandıqçasında 5 ədəd patron olan “Makarov” tipli tapança, əlindəki sellofan torbada isə 1 kiloqram 211 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 411 qram narkotik vasitə hesab edilən tiryək aşkarlanaraq götürülüb.

Ona Cinayət Məcəlləsinin 234.4.3 (Külli miqdarda narkotik vasitələri satma) və 228.1 (qanunsuz odlu silah saxlama) maddələri ilə ittiham verilib.