Narkotik vasitə qəbul edən şəxslər sürücülük hüququndan məhrum edilib

Hadisə
  • 09 dekabr, 2021
  • 13:38
Narkotik vasitə qəbul edən şəxslər sürücülük hüququndan məhrum edilib

Narkotik vasitə qəbul etmələri müəyyən edilən şəxslər 9 ay müddətinə sürücülük hüququndan məhrum ediliblər.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən dekabrın 5-də saat 18 radələrində Sabirabad rayonunun Nizami kəndi ərazisində yerləşən postda Sumqayıt şəhər sakini A.Tapdıqovun və Bakı şəhər sakini E.Binyətovun idarə etdikləri “Shacman” markalı 2 yük avtomobili nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokollar tərtib edilib.

Hər iki sürücü Şirvan Şəhər Məhkəməsinin qərarı ilə 9 ay müddətinə sürücülük hüququndan məhrum ediliblər.

44 filmi