Mütəşəkkil cinayətkar qrupların külli miqdarda narkotik vasitələri ölkəyə gətirmələrinin qarşısı alınıb

Hadisə
  • 02 iyul, 2018
  • 11:28
Mütəşəkkil cinayətkar qrupların külli miqdarda narkotik vasitələri ölkəyə gətirmələrinin qarşısı alınıb
dsx.gov.az

Bakı. 2 iyul. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsin­də Astara rayonu ərazisində Astara şəhər sakini, 1998-ci il təvəllüdlü Əhmədov İbrahim Zakir oğlu 2 kq heroin və 568 qram metofitamin ilə saxlanılıb.

DSX-nın Mətbuat mərkəzindən "Report"a verilən məlumata görə, fakt üzrə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticə­sin­də Astarada narko­tik vasitəni qəbul edərək sifarişçiyə çatdır­malı olan As­ta­ra şəhər sakini, 1987-ci il təvəllüdlü Abdullayeva Aynur Mahir qızı saxlanılıb, narkotik vasitənin sifarişçisinin də şəxsiyyəti mü­əy­­yən olunub.

İyulun 1-də əməliyyat-axtarış tədbirinin davamı olaraq DİN-in Sum­qa­yıt şəhər polis idarəsinin əməkdaşları ilə birgə Sumqayıt şə­hə­­rin­də narkotik vasitənin sifarişçisi, narkotik vasitələrin qey­ri-qanuni dövriy­yəsi ilə məşğul olduğuna görə əvvəllər məhkum olun­muş, Corat qəsə­bə sakini, 1966-cı il təvəllüdlü Ağayeva Xalidə İlyas qızı saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsi tərəfindən saxlanılmış şəxslər barəsində Cinayət Məsuliyyətinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, cinayətin digər iştirakçılarının müəyyənləşdirilməsi isti­qa­mətində əməliy­yat-axtarış tədbirləri davam etdirilir.

44 - Tezliklə