Müsavatın qərargahından kondisioner oğurlayan dəstə saxlanıldı
Hadisə
- 02 sentyabr, 2020
- 12:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Paytaxtın Binəqədi rayonunda Müsavat partiyasının yerləşdiyi binadan 2 ədəd kondisioner oğurlayan dəstə üzvləri tutulublar.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən - hər biri əvvəllər məhkum olunmuş Zəngilan rayon sakinləri Toğrul Babayev, Məhəmməd Məmmədov və Qubadlı rayon sakini Elnur Əhmədov saxlanılıblar.
Həmin şəxslərdən oğurluq yolla əldə etdikləri kondisionerlər aşkar edilərək maddi sübüt kimi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Müsavatın qərargahından kondisioner oğurlayan dəstə saxlanıldı
Son xəbərlər
01:42
Konqoda iki gəmi toqquşub, ölənlər var
Digər ölkələr01:11
Albaniyada 127 gündür, etirazlar davam edir
Digər ölkələr00:43
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib
Futbol00:35
Braziliyada prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
Digər ölkələr00:05
Biləsuvarda baş verən qətlin təfərrüatları bilinib - YENİLƏNİB
Hadisə00:00
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Daxili siyasət23:46
Çinin iri litium yatağında ehtiyatlar ilkin proqnozları 70 % üstələyir
Digər ölkələr23:22
Vuçiç Serbiyanın siyasi kursunun dəyişdirilməsi üçün kənardan müdaxilə edildiyini bildirib
Digər ölkələr23:05