"Monella" sərnişindaşıma şirkəti 20 min manat cərimələnib
Hadisə
- 22 oktyabr, 2019
- 06:12
Dövlət Əmək Müfəttişliyi Xidməti "Monella" MMC barədə inzibati protokol tərtib edib.
"Report" xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi bu protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.
Binəqədi Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, "Monella" MMC Bakıda şəhərdaxili sərnişin daşıyan şirkətdir.
Son xəbərlər
15:22
Tramp: ABŞ Ontario gölünün adını dəyişmək istəyir
Digər ölkələr15:19
Ötən il 18 yaşadək 117 gəncin nikahı rəsmi qeydə alınıb
Sosial müdafiə15:18
Qazaxıstanda sutka ərzində daha bir NEZ-də fövqəladə hadisə baş verib
Energetika15:17
Qətər XİN: ABŞ və İran danışıqlarında yeni nailiyyətlər yoxdur
Digər ölkələr15:09
Ötən il Azərbaycanda nikahdankənar doğulanların sayı azalıb
Hadisə15:06
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
Energetika15:05
Foto
Rövşən Rzayev vətəndaş qəbulu keçirib
Daxili siyasət15:05
Ötən il Azərbaycanda 481 körpə ölü doğulub
Sağlamlıq15:02
Foto