Mingəçevirdə yol qəzası olub, xəsarət alan var - FOTO
Hadisə
- 08 iyun, 2017
- 15:16
Mingəçevir. 8 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Şirvan bürosunun verdiyi məlumata görə, qəza şəhərin Səməd Vurğun meydanında qeydə alınıb.
Belə ki, meydanın mərkəzi hissəsində Yaşar Hamayıl oğlu Quliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil Knyaz Niyazi oğlu Əsədovun idarə etdiyi KİA markalı avtomobillə toqquşub. Nəticədə taksi fəaliyyəti ilə məşğul olan "VAZ-2106" markalı maşının sərnişini Nicat Hikmət oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb və ona ilkin tibbi yardım göstərilib.
Xəstəxanadan Nicat İsmayılovun vəziyyətinin qənaətbəxş olduğu, müalicəsi davam etdirildiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
06:42
"Amazon" Mayamidəki aviaqəzadan sonra yükdaşıyıcı ilə əməkdaşlığı dayandırıb
Digər ölkələr06:18
İranın Atom Enerjisi Təşkilatının rəhbəri Avstriyaya buraxılmayacaq
Digər ölkələr05:50
Tramp: MKİ rəhbəri Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların bütün aspektlərindən xəbərdardır
Digər ölkələr05:15
Mask: "SpaceX" 2027-ci ildə "Nvidia" Sİ superkompüterlərini orbitə çıxarmağa başlayacaq
Digər ölkələr04:44
FES faiz dərəcəsini azaltmasa, Tramp bəzi ölkələrlə ticarəti dayandıra bilər
Digər ölkələr04:04
"SpaceX" şirkəti "O3b mPOWER"in üç peykini orbitə çıxarıb
İKT03:43
ABŞ İranın blokadası çərçivəsində 101 ticarət gəmisini yönləndirib
Digər ölkələr03:19
CENTCOM rəhbəri: Biz yaxşı silahlanmışıq və istənilən vəziyyətə hazırıq
Digər ölkələr02:51