Mingəçevirdə yanğında zəhərlənənlərdən 8-i evə buraxılıb, iki azyaşlının müalicəsi davam edir - SİYAHI - VİDEO

Hadisə
  • 04 yanvar, 2018
  • 13:05
Mingəçevirdə yanğında zəhərlənənlərdən 8-i evə buraxılıb, iki azyaşlının müalicəsi davam edir - SİYAHI - VİDEO

Mingəçevir. 4 yanvar. REPORT.AZ/ Mingəçevir şəhərinin Heydər Əliyev prospektində, Sənaye parkının qarşısındakı ərazidə yerləşən fəhlə yataqxanasında baş verən yanğı zamanı tüstüdən zəhərlənən 10 nəfərin adı məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, onlardan 8 nəfəri evə buraxılıb, 2 azyaşlının müalicəsi isə xəstəxanada davam etdirilir. 

Yanğın zamanı zəhərlənən 2006-cı il təvəllüdlü Əhmədov Elgün Adil oğlu, 2016-cı il təvəllüdlü Əhmədov Aydın Adil oğlu, 2015-ci il təvəllüdlü Babakişiyev Cəsur Amid oğlu, 1969-cu il təvəllüdlü Kərimova Gülbəniz Alışan qızı, 1965-ci il təvəllüdlü Balakişiyeva Aynaxanım Siracəddin qızı, 1966-cı il təvəllüdlü Qasımova Məlahət Ağamməd qızı, 1957-ci il təvəllüdlü Məmmədova Hürü, 1962-ci il təvəllüdlü Şərifova Tofiqə Tofiq qızı, 1996-cı il təvəllüdlü Hüseynov Araz Xəyyam oğlu, 1987-ci il təvəllüdlü Əliyeva Tamis İmam qızı  tüstüdən zəhərlənib və xəstəxanaya yerləşdirilib. 

Onlar tibbi yardım aldıqdan sonra mərhələli şəkildə evə buraxılıb. Zəhərlənənlər arasında olan iki azyaşlı - Elgün və Aydın Əhmədov qardaşları yenidən xəstəxanaya müraciət edib. Hazırda onların təkrar müayinə və müalicəsi aparılır.

Mingəçevirdə yanğında zəhərlənənlərdən 8-i evə buraxılıb, iki azyaşlının müalicəsi davam edir - SİYAHI - VİDEO