Mingəçevirdə məzun "Son zəng" günü boğulmaq təhlükəsi ilə üzləşib
Hadisə
- 14 iyun, 2017
- 14:41
Mingəçevir. 14 iyun. REPORT.AZ/ Mingəçevir şəhər sakini su anbarında çimərkən batmaq təhlükəsi ilə üzləşib.
“Report”un Şirvan bürosunun verdiyi məlumata görə, Mingəçevir şəhərinin Şah İsmayıl Xətai küçəsi 14a, mənzil 20 ünvanında yaşayan 2000-ci il təvəllüdlü Hüseyin Aqil oğlu Abbasəliyev Fövqəladə Hallar Nazirliyin (FHN) Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi və Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən xilas edilib.
Onun bu il Mingəçevir şəhər N.Nərimanov adına 1 saylı orta məktəbdən məzun olduğu və təhsil müəssisəsində keçirilən "Son zəng" mərasimindən sonra dostları ilə birlikdə su anbarındakı çimərliyə getdiyi məlum olub.
Hazırda H.Abbasəliyevin vəziyyətinin sabit olduğu bildirilir.
Son xəbərlər
03:34
İRNA: İranın Qeşm adası yaxınlığında partlayış səsi eşidilib
Region03:21
"Xatəm əl-Ənbiya": Trampın İran əleyhinə bəyanatları daxili təbliğat vasitəsidir
Region02:54
Zelenski: Ukrayna enerji sahəsində istənilən formatda atəşkəsə hazırdır
Digər ölkələr02:29
Makron Rusiya və Ukraynanı bir sıra hədəflərə hücumları dayandırmağa çağırıb
Digər ölkələr02:04
Kobaxidze: Cənubi Qafqazda regional əməkdaşlıq üçün geniş imkanlar yaranıb
Region01:28
Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub
Xarici siyasət01:26
Azərbaycan-Pakistan strateji tərəfdaşlıq əlaqələri nəzərdən keçirilib
Xarici siyasət01:23
Azərbaycan və Ukrayna rəsmiləri ikitərəfli gündəliyi müzakirə ediblər
Xarici siyasət01:21