Mingəçevirdə iki nəfəri bıçaqlayan şəxs tutulub
Hadisə
- 05 may, 2018
- 16:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Mingəçevir. 5 may. REPORT.AZ/ Mingəçevirdə iki nəfəri bıçaqlayan şəxsin kimliyi məlum olub.
"Report"un Şirvan bürosu xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində mayın 4-dən 5-ə keçən gecə cinayət hadisəsini törədən şəhər sakini Azər Vəliyev isti izlərlə yaxalanaraq, istintaqa təhvil verilib.
Qeyd edək ki, A. Vəliyev mübahisə zəminində 1992-ci il təvəllüdlü Müşfiq Qurban oğlu Əfəndiyevə və 1985-ci il təvəllüdlü Nəcəf Elxan oğlu Hüseynova bıçaqla ağır xəsarət yetirib. Hər iki yaralının xəstəxanada müalicəsi davam edir. Onlardan birinin vəziyyəti ağırdır.
Hadisənin hansı səbəbdən törədildiyi hələ ki məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
23:17
Hakan Fidan: Şimali Kiprin hüquq və maraqlarının müdafiəsinə davam etdirəcəyik
Region
23:00
FT: Avropada nəqliyyat vasitələri yeni hücumlarla hədələnib
Digər ölkələr
22:34
Foto
SOCAR və "Honeywell Technologies" Qlobal Çərçivə Sazişi imzalayıb
Energetika
22:14
Bolqarıstanın qırıcı təyyarələri partlayış xəbərdarlığına görə 2 sərnişin təyyarəsini müşayiət edib
Digər ölkələr
22:05
Azərbaycan Basketbol Liqası: "Sabah" "Ordu"nu məğlub edib
Komanda
22:04
Foto
Azərbaycanın Serbiyadakı Səfirliyi Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib
Xarici siyasət
21:55
"Neftçi" Premyer Liqanın "Zəfər turu"nda "Kəpəz"ə qalib gəlib
Futbol
21:43
Tahir Tağızadə: Azərbaycan Avropa ilə Asiya arasında birləşdirici mərkəz rolunu gücləndirir
Xarici siyasət
21:38
Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib
Digər ölkələr