Mingəçevirdə evdən çıxan COVID-19 xəstəsinə cinayət işi başlanılıb
Hadisə
- 23 noyabr, 2020
- 06:00
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə koronavirusa yoluxmuş şəxsin yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Ş.Əhmədovaya ev şəraitində müalicə təyin edilsə də o, özünütəcrid qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.
Əraziyə həkim briqadası dəvət olunub və Ş.Əhmədova yaşadığı ünvana geri qaytarılıb.
Koronavirus infeksiyasına yoluxduğuna görə ev şəraitində müalicə almalı olduğu halda küçəyə və ictimai yerlərə çıxaraq, digər şəxslərin də həyatına ciddi təhlükə yaradan Ş.Əhmədova barəsində Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb.
Son xəbərlər
01:20
Foto
İsmayıllıda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var
Hadisə01:02
Netanyahu: İran artıq uran zənginləşdirə və raket istehsal edə bilməyəcək
Digər ölkələr00:34
Dövlət başçısının imzaladığı fərmanlar qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsinə yönəlib - TƏHLİL
Daxili siyasət00:26
Qrossi: İranın nüvə təcrübəsi məhv edilə bilməz
Region00:12
Meksikada Novruz bayramı münasibətilə konsert keçirilib
Xarici siyasət00:03
Azərbaycanda Ramazan bayramıdır
Din00:03
Bu gün Azərbaycanda Novruz bayramıdır
Mədəniyyət siyasəti23:54
Təbriz bombalanıb, "Bəsic"in 13 əməkdaşı öldürülüb
Region23:42