Mingəçevirdə benzinlə ehtiyatsız davranan gənc yanıb
Hadisə
- 29 may, 2017
- 14:53
Mingəçevir. 29 may. REPORT.AZ/ Mingəçevir sakini ehtiyatsızlıqdan ağır yanıq xəsarətləri alıb.
“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə bu gün şəhərin Günəşli bağ massivində, 2-ci küçədə qeydə alınıb.
Metal işi ilə məşğul olan 1996-cı il təvəllüdlü İbiş Bəylər oğlu Əliyev yaşadığı həyətdə növbəti dəfə mis əritmək istəyən zaman benzinlə ehtiyatsız davranıb və nəticədə yanğın baş verib. Üzərini alov bürüyən oğlanın köməyinə ətrafdakılar gəlib və yanğın söndürülüb. Hadisə nəticəsində hər iki əl və üz nahiyəsindən ağır yanıq xəsarəti alan İbiş Əliyev Mingəçevir Mərkəzi Xəstəxanasına çatdırılıb. Acil şöbəsində yanmış şəxsə təcili tibbi yardım göstərilib. Şöbədən verilən məlumata görə, hazırda onun vəziyyəti normaldır.
Son xəbərlər
20:00
Premyer Liqa: "Kəpəz" Gəncədə "Qəbələ"yə qalib gəlib
Futbol19:49
Foto
Elçin Camallı: "Britaniya komandası ilə oyun daha yaxşı mübarizə şəraitində keçdi"
Komanda19:39
Xüsusi nümayəndə: Kəlbəcərdə gələn il 3 yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq
İnfrastruktur19:30
Foto
Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalında iştirak ediblər
Xarici siyasət19:07
Məcnun Məmmədov: Kəlbəcərə 148 mindən çox arı ailəsinin köçürülməsinə icazə verilib
ASK19:05
Bakıda BMT-nin İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak edib
Xarici siyasət18:58
Bəşir Hacıyev: Kəlbəcərdə Bal Festivalının ikinci dəfə keçirilməsi xüsusi məna daşıyır
Daxili siyasət18:41
Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur, canlanır
Xarici siyasət18:29
Foto