Mingəçevirdə Bakıya sərnişin daşımağa cəhd edən sürücülər saxlanıldı
Hadisə
- 11 yanvar, 2021
- 12:13
Mingəçevirdə xüsusi karantin qaydalarını pozaraq Bakıya sərnişin daşımağa cəhd edən sürücülər aşkarlanıb.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, sürücülər - Mingəçevir şəhər sakinləri Fəqan Rəşidov və Məftun Əhmədov idarə etdikləri “Mercedes” markalı mikroavtobuslarla xüsusi karantin rejimi qaydalarını pozaraq sərnişinləri Bakıya aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırma zamanı həmin şəxslərin müəyyən pul müqabilində sərnişinləri Bakı şəhərinə aparacaqlarına dair söz verdikləri məlum olub.
Hər iki sürücü Polis Şöbəsinə dəvət olunub. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.
Son xəbərlər
14:46
Norveç Qrenlandiyada baş konsulluq açacaq
Digər ölkələr14:45
FIFA referisi Fariz Yusifov DÇ-2026-da hakimliyin səviyyəsini dəyərləndirib
Futbol14:42
İlham Əliyev məktəbəqədər təhsillə bağlı Fərman imzalayıb
Elm və təhsil14:41
Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik xəttinə qoşulması subsidiyalaşdırılır
Energetika14:39
Azərbaycanın futzal millisinin dünya çempionatındakı rəqibləri bəlli olub
Futbol14:35
Aşura günü qanvermə aksiyası keçiriləcək ünvanların siyahısı açıqlanıb
Din14:33
Merts: Növbəti illər üçün Aİ-nin büdcəsi azaldılmalıdır
Digər ölkələr14:33
Foto
Azərbaycan cazı Romanın məşhur "Casa del Jazz" səhnəsində təqdim olunub
İncəsənət14:29