Mehman Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
- 03 mart, 2017
- 08:45
Mehman Hüseynov
Bakı. 3 mart. REPORT.AZ/ Bu gün Suraxanı Rayon Məhkəməsində Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəisi Musa Musayevin bloger Mehman Hüseynovun barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Ceyhun Qədimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Xatırladaq ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.
Son xəbərlər
20:01
Azərbaycanın U-19 millisi yoldaşlıq oyununda Moldovaya uduzub
Futbol19:50
Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib
ASK19:50
Tramp: İran ABŞ ilə tez bir zamanda razılaşma bağlamaq istəyir
Digər ölkələr19:44
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Xarici siyasət19:40
"Neftçi" futbolçusu Elvin Camalovla yollarını ayırıb
Futbol19:40
Avropa İttifaqı Arktikanı yeni strateji region hesab edir
Digər ölkələr19:38
De Ondre Cekson: "LANDAU Lions" komandası olaraq daha yaxşı oyunlar keçirəcəyik"
Komanda19:20
Tramp: Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb
Digər ölkələr19:12