Masallıda Xocalı faciəsi qurbanlarının xatirəsinə yürüş keçirilib - VİDEO

Hadisə
  • 26 fevral, 2019
  • 13:00
Masallıda Xocalı faciəsi qurbanlarının xatirəsinə yürüş keçirilib - VİDEO

Masallı. 26 fevral. REPORT.AZ/ Masallı rayonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə yürüş keçirilib.

"Report"un Cənub bürosunun verdiyi xəbə görə, Bayraq meydanından başlayan yürüş şəhərin mərkəzindəki Qəhrəmanlar parkında başa çatıb. 

Yürüşə minlərlə rayon sakini qatılıb. Xocalı soyqırımı qurbanlarının 27-ci anım mərasimi burada davam etdirilib. Rayon rəsmiləri, ictimaiyyətin nümayəndələri, Masallıda məskunlaşan xocalılar və gənclər abidə önünə gül dəstələri düzərək ehtiramlarını bildirib, faciə qurbanlarının ruhlarına dualar ediblər.

Anım mərasimində rayon Mədəniyyət Evinin folklor teatrının üzvlərinin ifasında faciə gecəsini özündə əks etdirən əbədi-bədii kompozisiya nümayiş etdirilib.

Masallıda Xocalı faciəsi qurbanlarının xatirəsinə yürüş keçirilib - VİDEO