Masallıda restoranda soyğunçuluq edən şəxs saxlanılıb

Hadisə
  • 01 noyabr, 2022
  • 07:11
Masallıda restoranda soyğunçuluq edən şəxs saxlanılıb

Masallı rayonunda restoranların birində soyğunçuluq əməli törətməkdə şübhəli bilinən rayon sakini İbrahim Alışov müəyyən edilərək saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 180.1-ci (Soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmlar davam etdirilir.