Masallıda ər arvadını qətlə yetirib - YENİLƏNİB-2
- 06 aprel, 2019
- 08:39
Masallı rayonunda arvadını bıçaqlayaraq qətlə yetirən şəxs saxlanılıb.
"Report"un məlumatına görə, rayon sakini, 1974-cü il təvəllüdlü yaşlı Nicat Heydər oğlu Şəbiyev ailə münaqişəsi zəmnində arvadı G.Şəbiyevanın qarın nahiyəsinə çoxsaylı bıçaq zərbələri vurub. Qadın aldığı xəsarətlərdən xəstəxanada keçinib.
N.Şəbiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
*** 11:46
Masallı rayonunda bıçaqlanaraq qətlə yetirilən qadının şəxsiyyəti məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, rayon sakini, 1984-cü il təvəllüdlü Günay Ağalar qızı Şəbiyeva çoxsaylı bıçaq zərbələri alıb.
O, aldığöı xəsarətlərdən yerləşdirildiyi xəstəxanda dünyasını dəyişib.
İlkin məlumatalara görə, G.Şəbiyevanı əri bıçaqlayaraq qətlə yetirib. O, hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanları onun axtarışlarına başlayıb.
*** 10:28
Masallı rayonunda gənc qadın bıçaqlanaraq qətlə yetirilib.
"Report"un Cənub bürosunun məlumatına görə, ağır bıçaq xəsarətləri alan qadın yaxınlarının tərəfindən Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırlıb.
Vəziyyəti ağır olan qadının həyatını həkimlərinin səyinə baxmayaraq xilas etmək mümkün olmayıb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.