Masallı sakininə bıçaqla xəsarət yetirərək pulunu alan şəxslərdən biri saxlanılıb

Hadisə
  • 13 noyabr, 2018
  • 08:43
Masallı sakininə bıçaqla xəsarət yetirərək pulunu alan şəxslərdən biri saxlanılıb

Masallı. 13 noyabr. REPORT.AZ/ Masallı rayon sakininə bıçaqla xəsarət yetirərək pulunu alan şəxslərdən biri saxlanılıb.  

Bu barədə "Report"un Cənub bürosuna Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan məlumat məlumat verilib. 

Belə ki, noyabrın 11-də Nəsimi rayonu ərazisində 2 naməlum şəxs Masallı rayon sakini Rahib Qənbərova bıçaqla xəsarət yetirib 170 manatını alıb. R.Qənbərova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlərdən Biləsuvar rayon sakini Vüqar Həsənov saxlanılıb, digərinin isə şəxsiyyəti müəyyən edilib.

Nəsimi rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

44 filmi