Market əməkdaşını bıçaqla hədələyib soyğunçuluq edən şəxs saxlanılıb

Hadisə
  • 22 may, 2025
  • 12:28
Market əməkdaşını bıçaqla hədələyib soyğunçuluq edən şəxs saxlanılıb

Suraxanı rayonu ərazisində yerləşən marketlərin birində soyğunçuluq hadisəsi qeydə alınıb.

"Report"un xəbərinə görə, naməlum şəxs marketin əməkdaşını kəsici alətlə hədələyərək 750 manatını talayıb.

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 23 yaşlı Ş.Dövlətov saxlanılıb.

Araşdırma aparılır.

44 - Tezliklə