​Bakıda köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib

Hadisə
  • 12 yanvar, 2015
  • 23:58
​Bakıda köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib

Bakı. 13 yanvar. REPORT.AZ/ Bakının Xətai rayonu ərazisində 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə yerinə xilasedicilər cəlb olunub.

FHN-in əməkdaşları liftin qapısını açaraq vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.