Lerikdə meşəlik ərazidən avtomat silahlar tapılıb
Hadisə
- 22 yanvar, 2025
- 04:47
Lerik rayonunda "Palıdlıq" adlanan meşəlik ərazidən silah-sursat aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı 3 ədəd "Kalaşnikov" markalı avtomat silahlar və həmin silahlara aid 25 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan əlavə, Lerik RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxlanan 10 ədəd müxtəlif markalı ov tüfəngi aşkarlanıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Son xəbərlər
11:25
Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
Xarici siyasət11:24
Braziliyalı hücumçu Rafinya "Barselona"nın tarixinə düşüb
Futbol11:19
Mikayıl Cabbarov: "Əsrin müqaviləsi" Azərbaycanın müasir iqtisadi tarixində yeni mərhələnin əsasını qoyub
Energetika11:06
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Sosial müdafiə11:00
44 günlük müharibədən antiterror tədbirlərinə qədər baş verənlər vahid prosesin ardıcıl mərhələləri idi - RƏY
Qarabağ11:00
Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
Analitika10:56
Dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA
Ekologiya10:51
Pərviz Şahbazov: "Əsrin müqaviləsi" Xəzərin neft sərvətlərini Azərbaycanın iqtisadi qüdrətinə çevirib
Energetika10:45