Lerikdə avtomobil dərəyə aşıb, sürücü ölüb
Hadisə
- 23 noyabr, 2020
- 15:46
Lerik rayonunda yol qəzası baş verib.
“Report”un Cənub Mərkəzinin məlumatına görə, hadisə Piran kəndindən qışlaq yoluna qalxan hissədə qeydə alınıb.
Belə ki, Cəlilabad rayonunun Alar kənd sakini, 1970-ci il təvəllüdlü Davud Alıxan oğlu Əliyev idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək təxminən 90 metr hündürlükdən aşağı dərəyə yuvarlanıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Mərhumun meyiti Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Hadisəyə hava şəraitinin yağıntılı olması ilkin səbəb kimi göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
19:02
"Sabah" ABŞ-dən olan basketbolçu Frenki Fidlerin transferini açıqlayıb
Komanda18:54
Xocavənd rayonunda mina partlayıb, xəsarət alanlar var
Hadisə18:54
Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir
Digər ölkələr18:37
Petre Mamradze: Azərbaycanın enerji potensialı Cənubi Qafqazda heç bir ölkə ilə müqayisə oluna bilməz
Region18:22
Foto
UWW Bakıdakı tədbiri yüksək qiymətləndirir
Fərdi18:19
"DOST Müfəttiş" layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb
Sosial müdafiə18:17
Yasamal rayonunda oğurluq edən şəxslər saxlanılıblar
Hadisə18:11
Naxçıvan Azərbaycanın dövlətçilik tarixində olduğu kimi, gələcək strategiyasında da xüsusi yer tutur - RƏY
Daxili siyasət18:01