Lerikdə yol kənarında saxlanılan avtomobil dərəyə aşıb, bir nəfər ölüb
Hadisə
- 10 dekabr, 2025
- 09:27
Lerik rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Tikaband kəndində qeydə alınıb.
Kənd sakini Akif Ağacanov idarə etdiyi "Niva" markalı avtomobili Dico kəndində yol kənarında saxlayaraq maşından düşüb. Lakin bir qədər sonra maşın qəfildən hərəkət edərək dərəyə aşıb.
Qəza nəticəsində maşında olan sürücünün bacısı, 1973-cü il təvəllüdlü Yeganə Ağacanova hadisə yerində ölüb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
08:52
Britaniya işləməyən və təhsil almayan gənclər səbəbindən ildə 125 milyard funt sterlinq itirir
Digər ölkələr08:48
Zukerberqin superyaxtası qayığın yardım siqnalına cavab verməyib
Digər ölkələr08:29
Paytaxtın iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Energetika08:08
Bakıda üç istiqamətdə tıxac yaranıb
İnfrastruktur07:46
Lukaku "Fənərbağça"ya keçməyə razılıq verib
Futbol07:17
Tacikistanda Əfqanıstanla sərhəddə yeni elektrik yarımstansiyası tikilib
Energetika06:52
ABŞ alimləri qasırğaları proqnozlaşdırmaq üçün köpək balıqlarından istifadə edir
Digər ölkələr06:22
Axios: ABŞ İsrailin Qəzza ilə bağlı razılaşmalara əməl edəcəyinə ümid edir
Digər ölkələr05:58