Lənkəranda yol kənarından naməlum kişi meyiti tapılıb - YENİLƏNİB

Hadisə
  • 21 fevral, 2018
  • 19:28
Lənkəranda yol kənarından naməlum kişi meyiti tapılıb - YENİLƏNİB

Lənkəran. 21 fevral. REPORT.AZ/ Lənkəran şəhərində küçədə aşkar olunan meyitin kimə məxsus olması məlum olub. 

"Report"un Cənub bürosunun məlumatına görə, meyit Lənkəran şəhər sakini, 1964-cü il təvəllüdlü Mirzə Əliyevə məxsusdur. 

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsində aparılan müayinələrdən sonra M.Əliyevin ürəktutmadan öldüyü məlum olub. 


***23:01

Lənkəran. 21 fevral. REPORT.AZ/ Lənkəran şəhərində naməlum kişi meyiti aşkar edilib.

"Report"un Cənub bürosu xəbər verir ki, bu barədə polisə yerli sakinlər məlumat veriblər.

Təqribən 50-55 yaşlarında olan kişi meyiti 7 saylı məktəbin arxa küçəsində tapılıb.

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.