Lənkəranda quldurluq edən şəxslərdən biri tutulub

Hadisə
  • 05 mart, 2016
  • 07:56
Lənkəranda quldurluq edən şəxslərdən biri tutulub

Bakı. 5 mart. REPORT.AZ/ Lənkəran şəhərində quldurluq edən şəxslərdən biri tutulub, digərinin isə kimliyi müəyyən olunub. "Report" xəbər verir ki, martın 1-də şəhər sakini Elvin Vəlibəyovun 165 manat pulu və mobil telefonu əlindən alınıb. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Vəlibəyova qarşı quldurluq edən şəxslərdən biri - Orxan Məmmədov tutulub, digərinin isə şəxsiyyəti müəyyən edilib.

Faktla bağlı araşdırmalara başlanıb.