Lənkəranda partlayışla müşahidə olunan yanğın baş verib - FOTO
Hadisə
- 10 sentyabr, 2017
- 15:51
Lənkəran. 10 sentyabr. REPORT.AZ/ Lənkəran rayonunun Haftoni qəsəbəsindəki istixanalardan birində güclü yanğın baş verib.
"Report"un Cənub bürosu xəbər verir ki, Məmmədov Elşən Dəmir oğluna məxsus istixana təsərrüfatına aid tikilidə baş verən yanğın partlayış səsləri ilə müşayiət olunub.
Yerli sakinlərin sözlərinə görə, ərazidə iki gün əvvəl də yanğın olub, lakin qarşısı alınıb. Bu gün yanğın daha güclü şəkildə yenidən başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Dövlət Yanğından Mühafizə Hisssəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.
FHN-in məlumatına görə, hadisə zamanı ümumi sahəsi 200 m² olan anbarda çəlləklər və taxta taralar yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.
Son xəbərlər
10:06
Rusiya Kiyevdə dəmir yoluna ballistik zərbə endirib
Digər ölkələr10:05
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
Hadisə10:03
"Aston Villa" Leon Qoretska ilə danışıqlara başlayıb
Futbol09:50
Azərbaycanda 7 ayda kolbasa istehsalı 12 %-dən çox artıb
Sənaye09:40
Azərbaycanda meyvə şirəsi istehsalı təxminən 5 % azalıb
Sənaye09:39
Rusiyada PUA zərbəsi nəticəsində "Ozon"un anbarında yanğın baş verib, xəsarət alanlar var - YENİLƏNİB
Region09:20
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (22.08.2026)
Maliyyə09:15
Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir
Futbol09:12