Lənkəranda dəmiryolu relslərini oğurlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb

Hadisə
  • 15 sentyabr, 2026
  • 12:22
Lənkəranda dəmiryolu relslərini oğurlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb

Lənkəran rayonunda dəmiryolu ərazisindən relslər oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinləri - 50 yaşlı A.İsayev, 53 yaşlı İ.Qəmbərov və 37 yaşlı N.Bayramov dəmiryolu relslərini kəsərək oğurlayan zaman hadisə yerində saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.