Lənkəranda avtomobil azyaşlını vurub - FOTO
Hadisə
- 12 avqust, 2016
- 17:46
Bakı. 12 avqust. REPORT.AZ/ Lənkəranda avtomobil azyaşlını vurub.
"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Xolmili kəndində baş verib.
Kənd sakini, 22 yaşlı Qədirli Yusif Adil oğluna məxsus, 42 BV 737 dövlət qeydiyyat nişanlı "Mercedes" avtomobili həmin kəndin 3 yaşlı sakini Kazımova Zeynəb Sadiq qızını vurub.
Piyadanı vuran şəxs təcili olaraq yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Qapalı kəllə-beyin travması və sümük sınıqları ilə reanimasiya şöbəsinə yerləşdirilən azyaşlının vəziyyəti ağır qiymətləndirilir.
Hadisə yerində olan şahidlərin sözlərinə görə, qəzanı törədən sürücü zərərçəkənin qonşusudur. Qəza zamanı avtomobili kimin idarə etməsi isə hələlik tam dəqiqləşdirilməyib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
02:14
Qəribabadi: İran hələ də müharibə vəziyyətindədir
Region01:37
Qalibaf: ABŞ iqtisadi müharibədə də İrana məğlub olur
Region01:03
Umarali Raxmonaliyev: "Hapoel"ə qarşı əla mübarizə apardıq"
Futbol00:44
AFFA prezidenti "Sabah"ı təbrik edib
Futbol00:36
Neyt Herrinq: İran Trampın kiçik oğlu Berronu öldürməklə təhdid edir
Digər ölkələr00:27
Valdas Dambrauskas: "Sabah" karyeramda çalışdırdığım ən yaxşı komandadır"
Futbol00:20
Ran Kojuk: "Sabah"la oyun asan olmadı"
Futbol00:00
Bu gün Mehriban Əliyevanın doğum günüdür
Daxili siyasət00:00