Lənkəranda arvad ərini bıçaqlayıb
Hadisə
- 22 avqust, 2015
- 07:43
Bakı. 22 avqust. REPORT.AZ/ Ötən gecə Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
“Report”un xəbərinə görə, həyat yoldaşı tərəfindən bıçaqlandığı bildirilən 28 yaşlı Elmar Amil oğlu Məmmədov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çoxlu qan itirmə, ikibaşlı əzələnin dərin kəsilmiş-deşilmiş yarası diaqnozu və şok vəziyyətində daxil olub.
E.Məmmədovun üzərində aparılan əməliyyat tədbirlərindən sonra vəziyyəti stabilləşib.
Rayonun Şilavar kənd sakini olan E.Məmmədov ailəsi ilə birlikdə şəhərdə kirayədə qalır.
Onun həyat yoldaşı ilkin izahat zamanı özünü müdafiə etmək məqsədilə bıçağa əl atdığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
15:14
AZPROMO sığortaçı seçib
Maliyyə15:14
İqtisadi durğunluq və inflyasiyanın artması Fransanı tənəzzülə aparır
Digər ölkələr15:13
Foto
Azərbaycanlı jurnalistlər İsraildə 7 oktyabr faciəsinin baş verdiyi məkanı ziyarət ediblər
Media15:11
Azərbaycan döyüşçüsü Akif Quluzadə növbəti görüşünə çıxacaq
Fərdi15:05
Gədəbəydə 34 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb - TƏFƏRRÜAT
Hadisə15:01
"Sabah"ın yetirməsi Səbuhi Qurbanov "Xankəndi" klubuna keçib
Futbol15:00
Naxçıvanda taxıl biçini başa çatıb, istehsalın həcmi 22 % artıb
ASK14:59
Azərbaycanda məktəblərdə kompüterlərin sayı 30 %-ə yaxın artıb
İKT14:58