Lənkəranda 44 nəfərdən külli miqdarda pulu dələduzluq yolu ilə alan şəxs tutulub

Hadisə
  • 14 dekabr, 2016
  • 08:59
Lənkəranda 44 nəfərdən külli miqdarda pulu dələduzluq yolu ilə alan şəxs tutulub

Bakı. 14 dekabr. REPORT.AZ/ Lənkəran rayonunda dələduzluq yolu ilə külli miqdarda pulu mənimsəyən şəxs tutulub. 

"Report"un məlumatına görə, rayon sakini Vüqar Baxşıyev 2012-2015-ci illər ərzində 44 nəfər rayon sakinini aldadaraq onlardan ümumilikdə 90 656 manat pul alıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində V.Baxşiyev tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

44 filmi