Laza kəndindən palçıqlı sel keçib
Hadisə
- 22 sentyabr, 2025
- 17:23
Qusar rayonunun Laza kəndindən palçıqlı sel keçib.
"Report"un şimal-qərb bürosunun məlumatına görə, sel bir növ vulkan lavalarını xatırladıb.
Ekoloq-hidroloq Rövşən Abbasov bildirib ki, bu təbiət hadisəsi palçıqlı sel adlanır və Böyük Qafqazın çayları üçün qeyri-adi hal deyil:
"Bu təbiət hadisəsi Azərbaycan ərazisindən keçən çaylar üçün xarakterikdir. Sellər adətən üç qrupa - daşlı, daşlı-palçıqlı və palçıqlı sellər olaraq ayrılır. Lazada qeydə alınan palçıqlı seldir. Daşlı sellər daha güclü və dağıdıcı olurlar. Bu uzun müddət ərzində hövzəyə yağışın düşməməsi və qəfildən düşməsi hövzədə olan qırıntı materiallarının axınla aşağı gəlməsinə səbəb olur. Bu hadisə Böyük Qafqazın çayları üçün o qədər də qeyri-adi hal deyil".
Son xəbərlər
00:13
Məsud Pezeşkian: İranın region ölkələri ilə münasibətləri yaxşılaşır
Region23:57
ABŞ-da qırıcılar Trampın qolf klubu üzərində təyyarələri ələ keçirib
Digər ölkələr23:34
Almaniya dronlarla mübarizə üzrə xüsusi bölmənin sayını ikiqat artıracaq
Digər ölkələr23:17
Kanadada meşə yanğınları səbəbindən insanlar helikopterlərlə təxliyə edilir
Digər ölkələr22:47
Britaniyada 30 dərəcədən yuxarı temperatur günlərinin sayında rekord qeydə alınıb
Digər ölkələr22:25
İranda Milli Təhlükəsizlik Şurasına katib təyin edilib
Region22:09
Tramp İranla razılaşma əldə olunması perspektivlərini şərh edib
Digər ölkələr21:45
Quraqlıq səbəbindən Elba çayında "aclıq daşları" üzə çıxıb
Digər ölkələr21:20
Foto