Kürdəmirdə zəncirvari yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB
- 23 may, 2023
- 09:39
Kürdəmirdə baş verən qəzada xəsarət alanların kimliyi bəlli olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bunlar rayonun Pirli kənd sakinləri - 1966-cı il təvəllüdlü Əhmədov Sənan Hökməli oğlu, 1965-ci ildə anadan olmuş Zeynalov Mübariz Abdulla oğlu və Bakı sakini 1986-cı il təvəllüdlü Abdullayev Rəşad Novruz oğludur.
Onlar xəstəxanaya yerləşdiriliblər.
12:36
Kürdəmir rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı avtomobil "Volksvagen" markalı avtomobilə çırpılıb.
"Volksvagen" isə zərbənin təsirindən içərisi yüklə dolu olan "Mercedes" markalı mikroavtobusa çırpılıb.
Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarət alıblar.
Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Fakt araşdırılır.