Kürdəmirdə yolu keçən piyadanı avtomobil vurub öldürüb
Hadisə
- 06 avqust, 2025
- 23:23
Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü, Gəncə sakini Muraz İbrahim oğlu Qasımov Bakı istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən Ağdaş rayon sakini 1967-cu il təvəllüdlü Hacıyev Rövşən Vəli oğlunu vurub.
Ağır bədən xəsarəti alan yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti aidiyyatı üzrə təhvil verilib.
Fakta bağlı araşdırma aparılır.
Son xəbərlər
17:32
Komitə bağçada təhsil alan uşağın qanında psixotrop maddə aşkarlanması iddiası ilə bağlı müraciət edib
Daxili siyasət17:30
Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb
Digər ölkələr17:26
Rövşən Hüseynli: "Millinin tarixində Kukseviçin dönəmindəki qədər böyükhesablı məğlubiyyətlər olmayıb"
Futbol17:25
CPC: Orta Dəhlizlə yükdaşımaların ümumi həcmi 2021-ci illə müqayisədə 9 dəfə artıb
İnfrastruktur17:19
"Samsung" son 2 ayda Azərbaycanın mobil cihaz bazarındakı payının 10 %-dən çoxunu itirib
İKT17:15
Gömrük nəzarətindən yayındırılan 232 min manatlıq məhsullar aşkar olunub
Biznes17:10
Foto
Gürcüstan və Türkiyə DİN-ləri cinayətkarlığa qarşı birgə mübarizəni müzakirə ediblər - YENİLƏNİB
Region17:06
Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb
Fərdi17:05
Foto