Kürdəmirdə xəstəxanaya gətirilən 7 yaşlı uşaq ölüb

Hadisə
  • 14 iyun, 2024
  • 09:03
Kürdəmirdə xəstəxanaya gətirilən 7 yaşlı uşaq ölüb

Kürdəmir rayonunda qrip olduğu üçün xəstəxanaya gətirilən 7 yaşlı uşaq ölüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə iyunun 14-ü saat 12 radələrində qeydə alınıb.

Belə ki, rayonun Cəyli kənd sakini, daun sindromlu 2017-ci il təvəllüdlü Soltanov Soltan Elman oğlu qrip olduğu üçün Kürdəmir rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Həkimlərin səyinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Kürdəmir rayonu Cəyli kənd sakini 2017-ci il təvəllüdlü oğlan iyunun 14-də 11:30 radələrində ailə üzvləri tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətirilib:

"Azyaşlının həkiməqədər ölüm halı qeydə alınıb".