Kürdəmirdə “Toyota” “KamAZ”a çırpılıb, ölənlər var
Hadisə
- 19 iyun, 2022
- 07:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Kürdəmirin Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Toyota” markalı avtomobil Gəncə istiqamətin də hərəkətdə olarkən "Azpetrol" şirkətinə məxsus yanacaq daşıyan “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə “Toyota”da olan 2 nəfər, sürücü ilə sərnişin - Xatəm Baydaşov və Fərid Nəsibov hadisə yerində dünyalarını dəyişiblər.
Onların meyitləri müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Kürdəmirdə “Toyota” “KamAZ”a çırpılıb, ölənlər var
Son xəbərlər
22:19
Maqsud Mahsudov: Gələn il belaruslu rəqibləri də məğlub edib qızıl medal qazanmağa çalışacağıq
Fərdi
22:15
Kvrivişvili: Azərbaycanla əməkdaşlıq Aİ-yə elektrik enerjisi ixracı imkanlarını genişləndirəcək
Region
22:08
Mixail Malkin: Gələcəkdə qızıl medal qazanacağımıza inanırıq
Fərdi
22:04
SEPAH Hörmüzdə neft tankerlərinin partlayışına görə ABŞ-ni günahlandırıb
Region
21:59
Tofiq Əliyev: Gələcəkdə dünya çempionatında qızıl medal qazanacağam
Fərdi
21:56
"Sabah" basketbol komandası "Trabzonspor"u məğlub edib
Komanda
21:44
ABŞ Energetika Nazirliyi 2026-cı il üçün "Brent"in qiymət proqnozunu artırıb
Digər ölkələr
21:42
Selcan Mahsudova: Yeni tarixə imza atdığımız üçün sevinirəm
Fərdi
21:34
ESM: Britaniyalılar müharibə ehtimalına görə ərzaq alışını artırıblar
Digər ölkələr