Kürdəmirdə toya gedən avtomobil qəzaya düşüb, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

Hadisə
  • 24 noyabr, 2019
  • 10:28
Kürdəmirdə toya gedən avtomobil qəzaya düşüb, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

Kürdəmir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin adlraı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, rayon sakini Sakit Məmmədovun idarə etdiyi “Toyota Prado” markalı avtomobillə “VAZ 2106” markalı avtomobil toqquşub.

Hadisə zamanı Göyçay rayon sakinləri -  Xələfov Manaf Zakir oğlu və Manafova Aidə İsgəndər qızı xəsarət alıb. 

Onlar müxtəlif növ bədən xəsarətlərilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, “Toyota Prado” markalı avtomobildə olan sərnişinlər kiçik toy məclisinə gedirlərmiş.


*** 13:01

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Vaqif küçəsində qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Kürdəmirdə toya gedən avtomobil qəzaya düşüb, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB