Kürdəmirdə qanunsuz ov edən üç nəfər saxlanılıb
Hadisə
- 05 yanvar, 2022
- 10:34
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər zamanı rayonun Ərəbqubalı kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən üç nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, keçirilən tədbirlərlə Göyçay rayon sakinləri – Ruslan İbrahimov, Kamil Əsgərov və İlham Mikayılov saxlanılıblar.
Onlardan 3 ədəd müvafiq sənədləri olmayan ov silahı və qanunsuz olaraq ovlanmış 4 ədəd dovşan aşkarlanaraq götürülüb.
Faktla bağlı Kürdəmir RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.
Son xəbərlər
07:07
ABŞ kəşfiyyat xidmətinin son onillikdə ən böyük yenidənqurmasına başlayır
Digər ölkələr06:42
"Amazon" Mayamidəki aviaqəzadan sonra yükdaşıyıcı ilə əməkdaşlığı dayandırıb
Digər ölkələr06:18
İranın Atom Enerjisi Təşkilatının rəhbəri Avstriyaya buraxılmayacaq
Digər ölkələr05:50
Tramp: MKİ rəhbəri Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların bütün aspektlərindən xəbərdardır
Digər ölkələr05:15
Mask: "SpaceX" 2027-ci ildə "Nvidia" Sİ superkompüterlərini orbitə çıxarmağa başlayacaq
Digər ölkələr04:44
FES faiz dərəcəsini azaltmasa, Tramp bəzi ölkələrlə ticarəti dayandıra bilər
Digər ölkələr04:04
"SpaceX" şirkəti "O3b mPOWER"in üç peykini orbitə çıxarıb
İKT03:43
ABŞ İranın blokadası çərçivəsində 101 ticarət gəmisini yönləndirib
Digər ölkələr03:19