Kürdəmirdə ağır yol qəzasında ölənlərin və yaralıların kimliyi məlum olub - YENİLƏNİB
- 25 oktyabr, 2025
- 20:11
Kürdəmirdə ağır yol qəzasında ölənlərin və yaralıların kimliyi məlum olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, "VAZ 2107" markalı avtomobilin traktora çırpılması nəticəsində bir ailənin üç üzvü - Səmiyə Hüseynova, sürücü İlkin Hüseynov və Yusif Hüseynov xəsarət alıb, Vüsalə Hüseynova və oğlu Uğur Hüseynov isə ölüb.
Kürdəmirdə minik avtomobili traktorla toqquşub, ölənlər var.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, həmin yolda hərəkətdə olan "VAZ 2107" markalı avtomobil traktora çırpılıb. Nəticədə, ilkin məlumata görə, iki nəfər həyatını itirib. Daha üç nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanı, eləcə də Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub.
Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü və sərnişinlərin çıxarılması işləri həyata keçirilir. Faktla bağlı araşdırma aparılır.