Kürdəmirdə magistral su xətti partlayıb, 6 kənd susuz qalıb
Hadisə
- 27 mart, 2026
- 09:35
Kürdəmirdə magistral su boru xətti partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Külüllü-Kürdəmir magistral su xəttinin 32-ci km-də rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, qəza diametri 315 mm olan borunun partlaması nəticəsində qeydə alınıb. Qəza yerinə aidiyyatı qurumun canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Borunun partlaması nəticəsində ətrafdakı həyətyanı sahələrdə subasmalar baş verib və sakinlərə xeyli maddi ziyan dəyib.
Qeyd edə ki, Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21 000 sakinini içməli su ilə təmin edir.
Son xəbərlər
14:13
Foto
Rəşad Nəbiyev yeniyetmə və gənc cüdoçularla görüşüb
Fərdi14:10
Foto
Teymur Musayev UNOPS-un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə əməkdaşlığı müzakirə edib
Sağlamlıq13:53
Renat Dadaşov: "Bukovina"nın təklifi və baş məşqçinin yanaşması məni razı saldı"
Futbol13:43
Tahir Baxşıyev: "Məşqçilər Departamenti basketbolun inkişafı üçün beşillik plan hazırlayacaq"
Komanda13:40
TİKA və AIDA Afrika ölkələrində birgə layihə həyata keçirməyi planlaşdırır
Xarici siyasət13:31
Foto
Azərbaycan və Çin "yaşıl enerji" layihələri və şəbəkə tədqiqatını müzakirə edib - YENİLƏNİB
Energetika13:29
Yalçın Rəfiyev: Azərbaycan beynəlxalq əməkdaşlığın yeni mexanizmlərini yaratmağa davam edəcək
Xarici siyasət13:24
Aeroportlarda uzun gözləmələr: Britaniyada kütləvi ləğvlər, Antalyada saatlarla gecikmələr
İnfrastruktur13:21