Kürdəmirdə köhnə mehmanxanada yanğın baş verib
Hadisə
- 07 fevral, 2021
- 15:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kürdəmir rayonu ərazisində yanğın hadisəsi olub.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun H. Əliyev prospektində yerləşən köhnə mehmanxanada qeydə alınıb. Yanğın ümumi sahəsi 900 kv.m və 3 mərtəbədən ibarət olan binanın 3-cü mərtəbəsində otaqlardan birinin döşəməsində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
14:47
Hörmüz boğazında tanker minaya düşdükdən sonra yanıb
Digər ölkələr
14:46
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
Fərdi
14:40
Foto
Ukraynadan Azərbaycana gətirilən yağda uyğunsuzluq aşkarlanıb
Sağlamlıq
14:40
Azərbaycanda ilk dəniz milli parkı yaradılır
ASK
14:40
Qarabağ Milli Parkındakı şirin sudan akvakultura üçün istifadə etmək mümkün olacaq
ASK
14:37
Türkiyədə tikintidə torpaq uçub, iki nəfər uçqun altında qalıb
Region
14:36
Kriştianu Ronaldu Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb
Futbol
14:35
Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
İnfrastruktur
14:35
Qalib Əbdüləliyev: "Akvakultura subyektlərində saxlanılan balıqların xüsusi rejimli monitorinqi zəruridir"
ASK