Kürdəmirdə güclü yağış küçələri keçilməz edib - FOTO - VİDEO

Hadisə
  • 30 iyun, 2019
  • 19:21
Kürdəmirdə güclü yağış küçələri keçilməz edib - FOTO - VİDEO

Respublika ərazisinə aramsız yağan leysan yağışlar Kürdəmir rayonunda da fəsadlar törədib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, bir müddət davam edən güclü yağışdan sonra rayonun Bakı prospekti, Şəhriyar, Xanlar küçələrində avtomobillərin və piyadaların gediş-gəlişində xeyli çıtinlik yaranıb.

Şəhər icra nümayəndəliyinin texnika və canlı qüvvəsi həmin küçələrdən suyun çəkilməsi istiqamətində iş aparır.

Kürdəmirdə güclü yağış küçələri keçilməz edib - FOTO - VİDEO